Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı:
"Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb. Mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün sabahdan açılması məqsədəuyğun hesab edilib".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub