Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizlik Xidməti Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi ilə bağlı bəzi təfərrüatı ictimaiyyətə açıqlayıb.
Mynews.az Bakupost.az-a istinadən xəbər verir ki, açıqlanan təfərrüatda Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etdiyi, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərdiyi bildirilir.
Burada “Eldar Əmirov və digərləri vasitəsilə” ifadəsi işlədilmişdir ki, “digərlərinin” kimliyinə aydınlıq gətirilmir.
Bundan başqa, R.Mehdiyevin xarici xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxsinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə redaktə olunmuş nüsxənin göndərildiyi vurğulanır.
Bununla da Eldar Əmirovla birgə hərəkət edənlər, o cümlədən “Şərq-Qərb” ASC-nin əməkdaşlarının da bu cinayət işinə görə həbs olunacağı gözlənilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub