ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yaranan böhranla bağlı diqqətçəkən açıqlama verib.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, reaktiv yanacaq təchizatında çətinlik yaşayan ölkələr ya ABŞdan yanacaq almalı, ya da birbaşa boğaza gedərək özləri təmin etməlidirlər.
"Reaktiv yanacaq ala bilməyən bütün ölkələrə bir təklifim var: ya ABŞ-dan alın – bizdə kifayət qədər var, ya da bir az cəsarət toplayıb boğaza gedərək özünüz alın”, – deyə o qeyd edib.
Donald Tramp həmçinin bəzi müttəfiq ölkələri tənqid edərək onların ABŞ-la kifayət qədər əməkdaşlıq etmədiyini vurğulayıb və əlavə edib ki, ölkələr "təkbaşına mübarizə aparmağı öyrənməlidir”.
ABŞ prezidenti digər paylaşımında isə Fransanın İsrailə hərbi texnika daşıyan təyyarələrə hava məkanından istifadə üçün icazə vermədiyini iddia edib və bunun unudulmayacağını bildirib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədəki gərginlik qlobal enerji bazarlarına təsir göstərməkdə davam edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub