Statistika Komitəsinin son məlumatlarında ölkədə eşşəklərin sayının kəskin azalması əhalidə narahatlıq yaradıb. Bəziləri eşşəklərin kəsilərək insanlara mal əti adı altında satıldığını düşünür. Mynews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev azvision.az-a bildirib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir: “Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur. Bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və s. ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur. Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub