Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib.
Mynews.az xəbər verir ki, 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.
"Sonuncu dəfə mən anamın məzarını 1984-cü ildə ziyarət etmişim. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər. İki ay əvvəl səfir Polad Bülbüloğluna məktub yazdım. Azərbaycanın Rusiyadakı səfirinin əməkdaşı mənimlə əlaqə saxladı və hansı tarixdə səfər etmək istədiyimi dəqiqləşdirdi. Daha sonra möcüzələr başladı. Mənim üçün Moskvadan Bakıya və əks istiqamətdə təyyarə bileti alındı və məni səfirlik əməkdaşı müşayiət etdi və mənə gözəl pansionatda yerləşdirildim.
23-26 mart tarixlərində mən özümü uzun müddət gözlənilən qonaq kimi hesab etdim. Anamın məzarını mənimlə birgə Bakı polisi və qəbiristanlıq direktoru axtardı. 5 saat məzarı axtardıq. Anamın qəbrinin təmiz saxlanılıdğını və onun üzərində güllərin olduğunu görəndə təəccübləndim. Yemək zamanı mənim qarşımda üç ofisiant dayanmışdı".
Qeyd edək ki, Yuri Sarkisov Azərbaycanda anadan olub. Onun atası erməni, anası isə rusdur. 1969-cu ilə qədər Yuri Bakıda yaşayıb, sonra Moskvaya köçüb.
(Azvision.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub