“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçiriblər.
1917-ci ilin oktyabrında bolşeviklərin hərbi çevriliş edərək hakimiyyəti ələ keçirməsi ilə ermənilərin azərbaycanlılara qarşı əzəli düşmənçilik hissləri daha da alovlanır.
Bakı Sovetinin sədri Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunaraq, ona 500 min rubl ayrılır.
1918-ci ilin yanvarında Leninin imzası ilə Bakı Sovetinə əlavə olaraq 30 milyon 800 min rubl, 5000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılır.
"Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi.
Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan 5000 erməni əsgərinin Bakıya gəlməsi ermənilərin əl-qolunu daha da açdı. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulmuşdu. Həmin hərbi qüvvələr isə azərbaycanlılara qarşı törədiləcək növbəti soyqırımın həyata keçirilməsinə hesablanmışdı.
1918-ci il martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşini açdı. Martın 31-i səhər tezdən bolşevik-daşnak dəstəsi azərbaycanlılar yaşayan “Kərpicxana”, “ Məmmədli” və başqa məhəllələrə hücuma keçdi. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladı.
Soyqırım nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da davam etdirilən qırğınlar nəticəsində ümumilikdə 30 mindən çox insanın həyatına son qoyuldu.
Bəşəri dəyərlərdən xəbəri olmayan daşnaklar çoxsaylı məktəb, kitabxana, mədəniyyət ocaqları, memarlıq abidələrini məhv etməklə, Azərbaycanın mədəni irsinə də ciddi şəkildə xələl gətirdilər.
Soyqırım 31 mart 1998-ci ildən dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Quba məzarlığında "Soyqırımı memorial kompleksi" yaradılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub