“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar münaqişənin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır”.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr” adlı məqaləsində deyilir.
“Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik”, - məqalədə deyilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub