Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 4-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, səfər çərçivəsində Z.Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.
Görüşlər zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub