Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir.
Mynews.az-ın APA-ya stinadən xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.
Qeyd edək ki, sərgidə 20 ölkəsini təmsil edən 272 şirkət iştirak edir.
Sərgidə 17 milli və regional stend açılıb. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər var. Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgiyə milli, Sloveniya və Stavropol vilayəti isə regional stendlə qatılıb.
Bu il ilk dəfə olaraq Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə bu ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirir. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var.
Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub