Aprelin 6-da səhər saatlarından erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb: “Nəticədə həyətdəki ev quşları tələf olub. Mərmilərdən biri isə həyətdəki yaşayış olmayan yarımçıq tikiliyə düşüb və tikili dağılıb. Səhər saatlarından kənd mütəmadi atəşə tutulurdu. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Bir neçə saatdır ki sakitlikdir”.
M.Məmmədov qeyd edib ki, hadisə nəticəsində sakinlərdən ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub