Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.
Mynews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadənxəbər verir ki, Ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək. Silahlardan plana uyğun və ardıcıl surətdə istifadə olunması ilə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi yeni tədris dövrünün əsas məqsədlərindəndir. Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə imkan yaradacaqdır. Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın müxtəlif iqlim, çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub