Azərbaycanda səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Abdullah Gülü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşayiət edib.
Abdullah Gül Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi”ndə də olub.
Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycan səfirliyinin Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib. Türkiyənin eks-prezidenti burada çay süfrəsi ətrafında söhbət edib.
Abdullah Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını söyləyib: “Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.
Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub