“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Sabirabadda səyahət Suqovuşan kəndindən - Kür və Araz çayılarının qovuşduğu yerdən start götürüb.
Sərbəst güləş üzrə Avropa çempionu Seyfulla Mehdiyev, MMA üzrə dünya çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və 10 yaşlı Sabirabad məktəblisi, futbol və rəsm həvəskarı Tahir Quliyev Kür və Araz çayılarının qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim bu gün saat 20:00-da Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edəcək.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda başa çatacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub