Türkiyədə yaradılan “Atmaca” gəmi əleyhinə raketin ilk poliqon sınaqlarının görüntüsü yayınmlanıb. Ehtimala görə, raketin sınaqları 2016-cı ildə başlanılıb.
“Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi-Dəniz Qüvvələrləri tələbləri üzrə 2005-ci ildə ROKETSAN şirkəti tərəfindən başlanılıb. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini isə ASELSAN şirkəti hazırlayır.
Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Xarici görünüşcə “Atmaca” Amerikan “Harpoon” raketinə bənzəyir.
"Atmaca" dünyanın ən yaxşı gəmi əleyhinə raketlərindən biridir. Bu raket 200 km-dən uzaqda olan hədəfləri vura biləcək. "Atmaca" ancaq gəmidən-gəmiyə deyil, eyni zamanda gəmidən quruya da atıla bilinəcək.
Raket üzərində çalışmaların 2018-ci ildə tamamlanması nəzərdə tutulub. BUndan sonra sistem milli savaş gəmilərinə inteqrasiya ediləcək. (istipress.az)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub