Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir.
Mynews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.
Prezident bildirib ki, Cocuq Mərcanlı kəndi qısa müddət ərzində yenidən qurulacaq.
“Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür.
Cocuq Mərcanlıda infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır”, - prezident çıxışında bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub