Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib.
Regionda təhlükəsizlik məsələlərinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.
Ə.Laricani isə öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub