Türkiyədə dünən keçirilən referendum prezident üsul-idarəsinə keçid dəstəkləndi.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, konstitusiya islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.
“Ahaber.com” saytının yaydığı məlumat isə I Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.
Sayt yazır ki, 1990-cı illərdə I Qarabağ müharibəsində Türkiyənin səkkizinci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl arasında kəskin fikir ayrılığı yaranıb.
“Özalın bütün cəhdlərinə baxmayaraq, Dəmir Qarabağda müharibədə Azərbaycana yardımın edilməsinə mane oldu. Nəticədə Ermənistan Dağlıq Qarabağı işğal etdi”, - deyə portal qeyd edib.
Türkiyədə baş nazirlə prezidentin fikir ayrılığının Kərkük məsələsinə də ciddi zərbə vurduğu məlum olub.
Sayt yazır ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı Özal Kərkük və Mosulun nəzarətə götürülməsi fikrində idi: “Bunun üçün bütün imkanlar olsa da, hökumət bu ideyanı dəstəkləmədi və yüz minlərlə insan İraqdan Türkiyəyə qaçdı”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub