Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq - FOTOLAR
![](https://img.mynews.az/news/2017/04/photo_8868.jpg)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub. Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.
Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə – zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:
“Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq”.
Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur.
Elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası nədir?
Mynews.az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov azvision.az-a bildirib ki, elektromaqnit impuls qurğusu radioelektron mübarizə sistemidir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində belə məhsul yaradılır:
“Bunun ilk nümunəsi ötən ilin sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilib. Nazirliyin elmi-tədqiqat institutu həm GSM dalğalarını, həm də GPS sistemini bloklayan sistemi nümayiş etdirdi. Radioelektron mübarizə sistemlərinin yaradılması çox ciddi məsələdir. Bu Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Dünyada radioelektron mübarizə sistemlərini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. İstehsal edən ölkələrin çoxu buradakı kodları vermir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir. Çünki müharibələr getdikcə kontaksız müharibələrə keçir. Bu sistemlər döyüş əməliyyatlarından öncə düşmənin bütün cihazlarını, texnikasını sıradan çıxarmağa imkan verir. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu sistemin yerli müəssisələrdə yaradılması Azərbaycanın irəli gələn tələblərindən asılıdır”.
Hərbi ekspert qeyd edib ki, radioelektron mübarizə sistemləri müasir müharibələrdə mühüm əhəmiyyət kəsb edir.
R.Süleymanov sərhədyanı dövlətlərin hər birinin, Rusiyanın xüsusilə bu sistemə diqqət yetirdiyini deyib:
“Rusiya həm Cənubi Qafqaz, həm də Şimali Qafqazda yerləşən birləşmələrinin arsenalında radioelektron mübarizə vasitələri yerləşdirib. Bunlar uzaq məsafədən istənilən ağıllı texnikaları, radioelektron vasitələri, telefon sistemlərini sıradan çıxarmağı bacarır. Bu da döyüş zamanı idarəetməni sıradan çıxarır və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir. Texnikalar heç bir işə yaramır”.
Hərbi ekspert vurğulayıb ki, yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ilə Azərbaycan bu sahədə ixtisaslaşmış azsaylı ölkələrdən biri olacaq:
“1999-ci ildə Yuqaslaviya müharibəsində ABŞ ordusu radioelektron mübarizə funksiyasını yerinə yetirən “Avaks” təyyarəsindən istifadə etmişdi. Bu Yuqaslaviyanın elektron sistemlərini, radalarını sıradan çıxarmışdı. Eyni zamanda qrafit bombaları tətbiq edildi. Bu bombalar ərazidə ildırım çaxmasına bənzər effket verir. Bu bombaların partlaması zamanı impulslar elektrik enerjisi sistemini və teleötürücü stansiyanı sıradan çıxarır.
Bu elektron cihazları sıradan çıxaran ixtisaslaşmış texnologiyadır. Biz bu sahədə nailiyyət əldə edəriksə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın azsaylı belə texnologiyalara malik olan ölkələrindən birinə çevriləcək. Bu, bizim üçün olduqca önəmlidir. Bu sistemlərdən istifadə qarşı tərəfdə iflic vəziyyəti yaradır. Qarabağda Sərsəng elektrik stansiyası üzərində impulslu elektromaqnit şüa verən aviasiya bombasını partlatmaq kifayətdir ki, bununla Dağlıq Qarabağ zülmətə qərq olsun. Bu çox müasir bir cihazdır və olması vacibdir. Hazırda çox az ölkə bunu istehsal edir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1201 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1152 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1142 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1068 dəfə oxunub