Belarusun Ermənistandakı səfiri İqor Nazaruk son vaxtlar iki ölkə arasındakı münasibətlərdə problemlərin yarandığı ilə razılaşmır.
Virtualaz.org xəbər verir ki, səfir “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında Belarus-Ermənistan münasibətlərində ciddi problemin olmadığını, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, bir sıra proqramlar üzrə fəal əməkdaşlıq getdiyini deyib.
Jurnalist prezident Lukaşenkonun KTMT-də erməni baş katibin seçilməsini bir neçə dəfə əngəllədiyini və Belarusun bloqqer Aleksandr Lapşini Bakıya təhvil verməsini səfirə xatırladıb. Diplomat isə bildirib ki, əvvəla KTMT baş katibinin seçilməsi konsensus yolu ilə həll olunur, səs çoxluğu ilə deyil. İkincisi, Lapşinə gəldikdə Ermənistanda israrla bu məsələnin Belarusla münasibətlərə təsiri barədə danışırlar. Əslində isə Lapşinin Ermənistana heç bir dəxli yoxdur.

“Siz elə adam barədə israr edirsiniz ki, onun Ermənistana heç bir dəxli yoxdur. O, bir sıra ölkələrin vətəndaşıdır, ancaq Ermənistan vətəndaşlığını daşımır. Ona görə də mən planetin 7.5 milyard sakinindən birini ayrıca müzakirə edə və ona belə diqqət ayıra bilmərəm”-Nazaruk bildirib. Səfir daha sonra erməni jurnalistlə söhbəti davam etdirmək istəməyib və uzaqlaşıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub