Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin (qondarma erməni soyqırımı) növbəti ildönümü münasibətilə İstanbulda erməni patriarxı Aram Ateşyana başsağlığı verib.
Məktubda qeyd edilib:
“Sizləri sevgi və hörmətlə salamlayıram. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən Osmanlı Ermənilərini bu il də ehtiramla xatırlayır, nəvələrinə başsağlığı verirəm. Bölgənin iki qədim cəmiyyəti olaraq türklər və ermənilər min ildir ki, çiyin-çiyinə yaşadığı bu məkanda, ortaq tarixi və mədəniyyəti ilə bölüşüblər. Erməni cəmiyyəti, istər Osmanlı imperiyası zamanında istərsə də indi çox qiymətli övladlar yetişdirərək ölkəmizin inkişafına böyük töhfələr veriblər. Dünən olduğu kimi, bu gün də ermənilər, ölkəmizin bərabərhüquqlu və azad vətəndaşları olaraq, sosial və siyasi həyatımızın hər sahəsində mühüm rollar oynayır.
Əsrlərlə sevinc və qayğıda birgə iki xalqın, keçmişin yaralarını bürüməsi və insanı bağlarını daha da möhkəmləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə son 14 ildə bir çox addım atmışıq, tarixi xarakterli islahatları həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmağa yönəlik işimizi, növbəti prosesdə artaraq davam etdirəcəyik. Bu fikirlərlə, XX əsrin əvvəlində həyatını itirən Osmanlı Ermənilərinin xatirələrini bir daha yad edirəm. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub