Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb.
Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin irəliləyişi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana, iyununda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb.
Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.
Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Görüşdə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.
: publika.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub