Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket atılıb. Müdafiə Nairliyinin məlumatına əsasən, raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində keçirilən görüşündən bir gün əvvəl belə bir addımın atılmasında düşmən tərəfin məqsədi nədir?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu addım bugüngü Moskva görüşünə hesablanıb:
“Ermənilər özləri gözəl bilirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gün düşməni susdurmaq üçün kifayət qədər imkanları var. Onlar bu təxribatı həyata keçirmək üçün işlərini öncədən qurublar. Azərbaycan tərəfi bunu cavabsız qoymayacaq. Moskvadakı bugünkü görüşlə bağlı tərəflərin açıqlamaları var idi. Bu səbəblə Müdafiə naziri lazım olan göstərişi vermişdi. Ona görə də, Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə idi. Bu, Ermənistan tərəfindən hesablanmış bir addımdır. Heç bir narahatçılğa əsas yoxdur”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub