Çinli mühəndislər tərəfindən hazırlanan dünyanın ən böyük amfibiya-təyyarəsi AG600 yerüstü sınaqları uğurla başa vurub.
Bu barədə TASS nəşri Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkətinə istinadən məlumat yayıb.
“Yerüstü sınaqlar uğurla yekunlaşıb. Bu isə o deməkdir ki, təyyarə ilk uçuşa tam hazırdır”, - şirkətdən bildiriblər. Amfibiyanın su üzərindən ilk uçuşu ilin ikinci yarısına planlaşdırılıb. AG600 təyyarəsinin (“Su əjdahası”) uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir. Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir.
12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var. AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub