Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər.
Bu barədə "Sibir katolik qəzeti" xəbər yayıb. Xəbərdə bildirilir ki, Roma Papası Fransısk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.
Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.
Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunub. B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub