“Vətənim Sənsən” serialında oynayan Onur Saylak həyat yoldaşı Tuba Büyüküstün haqqında danışmaqdan imtina edib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müsahibəsində pis xarakterləri oynamaqdan çox zövq aldığını bildirib. Onur Saylak ona gələn rolların müsbət və ya mənfi qəhrəman olmasına ciddi əhəmiyyət vermədiyini deyib:
“Bu rolları çalışmaq və oynamaq bir aktyor üçün son dərəcə əyləncəlidir. Bu səbəbdən də sevirəm. Məsələn, "Batmanda Cokeri canlandırmaq istərdim, Batmanı yox".
Əkiz qızları olan Saylak ata olduqdan sonra həyatının tamamilə dəyişdiyini də etiraf edib:
"Həyatında ilk dəfə qarşılıqsız sevginin nə demək olduğunu öyrənirsən, bir insanın böyüyərkən nələrlə qarşılaşdığını hiss edirsən və ona rəhbərlik edirsən. Kişi üçün həyatdakı bütün buludlar dağılır. Var olma səbəbim buymuş deyirsən".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub