"Ona həmişə qarqış edirəm. Bir toy təklifi gəlmişdi, beh də almışdım. Toyumu əlimdən aldı, çörəyimə bais oldu".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Sənətçi adını açıqlamadığı həmkarının onun toyunu əlindən aldığını söyləyib:
"Bütov toy danışmışdım. Sonra beh verdiklərinə görə, məcbur yarımsaatlıq getdim. Həmin insan mənim yarımsaatlıq qiymətimdən az aldı. Ən dəhşətlisi odur ki, məndə səsyazıları var. Deyir, heç kəsin çörəyinə bais olmuram. Başqa müğənnilərə də belə edib, çörəklərinə bais olub.
Tələbatlı müğənni deyil. Heç kəs onu ailəsinin içərisinə buraxmır. Deyir ki, gəlirəm ansambılla birlikdə nə verərsiz verərsiz. Ona demək istəyirəm ki, Allah səni islah etsin. Ona həmişə bəddua edirəm. İnsanlığın bu dərəcəyə gəlib çıması... Onu heç yerdə görmək istəmirəm. Adını çəkməyəcəm, münasibətimiz heç vaxt olmayıb. Xəstə idi, onun yanına da getdim. Amma o bunu başa düşmədi".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub