Həbsdə olan müğənninin adından sosial şəbəkələrdə saxta profillər açıblar
Əməkdar artist, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun həbsdə olan müğənni oğlu Emil Rəhmanovun adından sosial şəbəkələrdə - “Facebook”da və “İnstagram” bloqunda profillər açılaraq, insanlara dostluq göndərilir.
Rəhman Rəhmanov BiG.AZ-a açıqlamasında məsələ ilə bağlı danışıb. Emilin hazırda həbsdə olduğunu diqqətə çatdıran aktyor, oğlunun azadlığa çıxması ilə bağlı da dedi-qoduların yayıldığını diqqətə çatdırıb:
“Kim deyir ki, oğlum azadlığa buraxılıb? Yalan söhbətdir! Emil amnistiyaya da düşməyib. Özü şükür Allaha ki yaxşıdır. Çıxmasına az qalıb, tezliklə azadlığa çıxır. Sosial şəbəkələrə gəlincə, kimdirsə onun adından edir. Kimin etdiyindən isə xəbərimiz yoxdur. Halal etmirəm!”.
Qeyd edək ki, müğənni Emil Rəhmanov ilk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub