“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Mynews.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Kəmalə Rəhimli olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, bu günə qədər sənət yoluna nəzər salaraq, başına gələnlərdən danışıb.
Daha sonra efirdə K.Rəhimli ilə bağlı süjet gedib. Həmin məqamda isə müğənni Nazənin göz yaşlarına hakim ola bilməyib: “Bilmirəm niyə kövrəldim. Sağlığında hər birimizin qədrini bilək. Niyə belə kövrəldim? Şükür Allaha sağsınız. Bundan sonra milyonlarla müğənni gəlsin, getsin, amma Kəmalə xanımın yerini verən olmayacaq”.
Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub