ATV kanalında yayımlanan “ATV SƏHƏR” İnformasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.
Bu barədə “ATV SƏHƏR” verilişinin müəllifi və aparıcısı Turan İbrahimov Enter.News saytına məlumat verib.
Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.
Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi, sualına isə aparıcı bu cür cavab verib:
"Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV SƏHƏR” yayımını dayandırır. “ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."
Turan İbrahimov sonda onu da əlavə etdi ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub