“Formula-1” üzrə Avropa Qran-prisində çıxış edəcək daha 2 müğənninin adı müəyyənləşib.
Mynews.az xəbər verir ki, bu barədə yarışın promouteri Arif Rəhimov bildirib.
Onun sözlərinə görə, bunlar “Black Eyed Peas” qrupu və Nikol Şerzingerdir. O deyib ki, təşkilatçılar azarkeşlər üçün zəngin mədəni-əyləncə proqramı təşkil edəcəklərinə görə çox məmnundurlar.
“Azərbaycan Qran-prisi zamanı dünyanın iki ən uğurlu ifaçılarını Bakıda salamlaqdan necə sevindiyimizi sözlə ifadə etmək çətindir. “The Black Eyed Peas” və Nikol Şerzinger dəfələrlə sübut ediblər ki, qeyri-adı vokal səsə malik olan elit musiqiçi qrupuna aiddirlər”, - A.Rəhimov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23-25-də Bakıda keçiriləcək.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub