Müğənni Rəqsanə İsmayılova yataqda fotolarını paylaşıb.
Mynews.az-ın məlumatına görə, sənətçinin sosial şəbəkədə yaydığı şəkillər müzakirələrə səbəb olub.
Uzun müddətdir Moskvada yaşayan və yaradıcılığına fasilə verən Rəqsanə yaxın günlərdə Bakıya qayıdacağını deyib.
Mayın 25-də doğum günü olacaq sənətçi Bakıda təmtəraqlı məclis təşkil edəcəyini söyləyib:
“Bir müddətdir ailəmlə Moskvada yaşayırıq. Burada restoran açırıq. Onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri hələ uzandığından, açılışı sentyabra qədər yubadırıq. Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm. Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir. Sənət adamı olduğum üçün onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı, gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm”.


1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub