İki müğənni arasında qalmaqal böyüyür
Müğənni Rəqsanə İsmayılova həmkarı Xatun Əliyevaya cavab verib.
Mynews.az xəbər verir ki, Rəqsanə qalmaqal edib yaradıcılıq işlərini kölgəyə salmaq istəmədiyini açıqlayıb:
"Mən bu günə kimi heç kəsin qabağında susan, qorxan və ya çəkinən insan deyiləm. Hər kəsə verəcək cavabım var. Sadəcə boş-boş danışan insanlara söz deyib, qalmaqal etmək istəmirəm. Hazırda başım işlərimə qarışıb. Yeni mahnı və fotosessiya üzərində çalışıram. Bu işlərimi kənara qoyub qalmaqal edə bilmərəm. Bu əziyyətimin yerə vurulması olar".
Fikirlərini bölüşən ifaçı həmkarına ailəsinin olması ilə və hər gün toyda olması ilə acıq verdi:
"Sənətə gəldiyim gündən səsimlə, mahnılarım ilə sevilmişəm. İki gözəl balam, ailəm var. Arzuladığım hər şeyi Allah mənə bəxş edib. O ki qaldı əziz həmkarıma, mən gəldiyim gündən tələbatlı insanam. Kimin ailəsində oluramsa, həmin insanların ailəsi ilə dostluq edirəm. Daha məclisə gedib kiminsə ərini, oğlunu əlindən almıram. Ona görə də, bu gün nəinki Azərbaycan toylarında, hətta yəhudi toylarında belə yuxarı başda mənəm. Bu isə həmkarlarımın arzusudur ki, Moskvada yəhudi toylarını aparsın".
Rəqsanə Xatunun toylarının az olmasına da söz atıb:
"Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Mən qarğış edən insan deyiləm. Allahdan qorxuram. Mən kiminsə yanında toy oxuyub öyrənməmişəm. Mən bu sənətdə öz imzamı, öz adımı qoymuşam. Bütün toylarda mənim mahnılar oxunur. Əgər kimsə toya dəvət etmirlərsə, mən nə edim? Mən hər gün toydayam. Mən toya can qoyuram. Yola vermirəm. Bəzən susmaq istəyirəm. Onda da elə başa düşürlər ki, qorxuram. Mən heç kəsin çörəyinə bais olmamışam. Əgər kiminsə ürəyində şübhə varsa, mən sağ, toy yiyəsi sağ. Oturaq danışaq. Kimində sözü varsa, özümə desin cavabını da alsın".
Qeyd edək ki, Xatun Əliyeva ATV-yə verdiyi açıqlamasında həmkarının onun toyunu əlindən aldığına görə ona qarğış və bəddua etdiyini bildirib.Eyni zamanda həmkarının ünvanına xoşagəlməz sözlər deyib.