"Xəzər" TV-də yayımlanan "Səni axtarıram" verilişində Xoşqədəm Hidayətqızı həyat yoldaşı ilə ağlayaraq qucaqlaşıblar.
Aprelin 30-u efirə gedən verilişdə bacısını axtaran Nataliyə dəstək olmaq üçün efirə çağırılan Doğuş keçmişdə yaşadıqları ilə bağlı danışarkən ağlayıb.
"43 yaşım olsa da hələ də yaşadıqlarımı unuda bilmirəm. Yaxınlarım, bütün qohum-əqrəbalarım mənə bir qab yemək verməyi çox gördü. Bunu hamısı qəbul etməlidir. Təəssüflər olsun ki, qohumlarımın hamısı üçün bu, qara bir ləkədir. Bunların hamısı yaşandı, bu, bir həqiqətdir".
Gözləri dolan Doğuşun danışdıqlarına aparıcı Xoşqədəm Hidayətqızı da biganə qalmayıb və ağlayaraq həyat yoldaşını canlı efirdə qucaqlayıb, ona ailəsi, balaları ilə birlikdə dəstək olduğunu bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub