Meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı, müğənni Elman Məmmədov bir müddət öncə Xalq atisti Aygün Kazımova ilə birgə efirə çıxdığına görə peşman olub.
Mynews.az-ın Lent.az-a istinadla məlumatına görə, ifaçı bu sözləri “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, Xalq artistinin söylədiyi “O biri otağa keçək...” sözü onun ürəyincə olmayıb:
“Kaş o verilişə çıxmazdım. Aygündən o cür söhbət gözləməzdim. O hadisədən sonra verilişi yarımçıq tərk etdim. Ona hörmətim var idi, amma bir balaca ayıb oldu. Həqiqətən də çox eyib oldu. Yəni ən azından bizə Azərbaycan xalqı baxır. Bu söhbətin heç yeri yox idi”.
E.Məmmədov bildirib ki, A.Kazımovaya cavab verməməyi Xalq artisti üçün bir cavabdır:
“Susmağım ona cavab oldu. Ona cavab versəydim, məni də qınayardılar”.
E.Məmmədovun bu sözlərinə meyxanaçı Ağamirzə də dəstək olub: “Bəli, düzdür. Gərək hərdən susmaqla da cavab verəsən”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub