Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə gözəllik sirlərindən danışıb.
Mynews.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa italyalı rejissorlardan film təklifi alıb. O, açıqlamasında italyan dilini öyrəndiyini deyib.
Aktrisa qarşıdakı aylarda yeni kino ilə pərəstişkarlarını sevindirəcəyini söyləyib: "Yaxın zamanda İtaliya istehsalı olan bir filmdə oynayacağam. Onun üçün dərs alıram. Həftənin beş günü idman edirəm. İdeal formada qalmağa çalışıram".
Aktrisa həmçinin uzun illərdir ki, striptiz şousunun bir hissəsi sayılan boru rəqsi ilə də məşğul olur.
Nəsrin Cavadzadə instaqram hesablarının bağlanması xəbərləri ilə bağlı bunları bildirib: "İnstaqram hesabım sadəcə bir il əvvəl və bir həftəliyinə bağlanmışdı”.
Qeyd edək ki, Nəsrin Cavadzadə Türkiyənin ən çox tələb olunan aktrisalarından biridir. O, bu yaxınlarda ən reytinqli seriallarından biri olan "Fi"-nin bir neçə bölümündə də çəkilib.







1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub