“Gecə-gündüz evli kişilərin qucaqlarından düşməyən, evli kişidən uşaq dünyaya gətirənlər camaata dərs keçmək iddiasına düşürlər.”
Bunu AzNews.az-a açıqlamasında müğənni Afaq Aslan Əməkdar artist Lalə Məmmdovanın ittihamlarına münasibətində deyib. Afaq Aslan Lalə Məmmədovaya öz keçmişini yada salmağı məsləhət görüb:
“Hərə getsin öz işi ilə məşğul olsun, özünə və keçmişinə nəzər salsın, daha sonra mənim haqqımda rəy yazsın. İlk öncə sənətə gəlmək üçün keçdiyi keşməkeşli yolları nəzərə salsın, ondan sonra mənim haqqımda danışa bilsin. Qeyrətdən xəbərsizlər namusu əlində bayraq edir. Kimdə nədən yoxdur, hər zaman ondan danışır. Mənə sataşmaqla özlərinə reklam qazanmaq istəyirlər. Mənim geyim tərzimin kimə istisi, soyuğu var? Bacarırlarsa, özləri geyinsinlər. Amma qorxurlar ki, artıq çəkiləri, qat-qat sallanan qarınları görsənər.”
Afaq Aslan haqqında danışan hər bir kəsə cavab verəcək sübutları olduğunu qeyd edib: “Ağızlarına yiyəlik eləsinlər. Yoxsa… Elə burada saxlayım. Çünki ağzımı açsalar, açacam sandığı, tökəcəm pambığı”.
Lalə Məmmədova Afaq Aslanın şəklinin altına “Xahiş edirəm müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox” şərhini yazıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub