Tanınmış müğənni Rahidə Baxışova həmkarlarının paxıl olduğunu bildirib.
AZXEBER.COM-a danışan müğənni şou aləmindən gileylənib:
"Bir ara şou-biznesdən uzaqlaşdım. Bu sənət ağır sənətdir. Şou-biznesdə hansısa müğənninin qabağa gedib, uğur qazanmağına həmkarları sevinmir. Amma mən elə insanlardan deyiləm. Hər kəs bu pilləyə çatması üçün özü əziyyət çəkir. Mən də bu pilləyə uşaqlıqdan əziyyət çəkərək gəlmişəm.”
Müğənni küsülü olduğu həmkarının olduğunu da bildirib. "Bir xanım müğənni var ki, mənim qəlbimə çox toxundu. Bəlkə də belə olmamalıydı. Həmin insana hörmətim çox idi. Bir balaca anlaşılmamazlıq oldu. Kaş ki olmayaydı. Üzr istəsə barışaram. Kinli insan deyiləm.”
Rahidə Baxışova şəxsi həyatından da danışıb və deyib ki, 1 oğlu, 1 qızı var: "Oğlumun 15 yaşı var. Müəllim tutub hazırlaşdırıram. O da musiqini sevir. Pianist olmaq istəyir. Qızım isə hələ balacadır”.
Mynews.az müğənninin övladlarının fotosunu təqdim edir:





1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub