Dünya TV-də yayımlanan və Mətbuat.az saytının informasiya dəstəyi olduğu "PAY" şou verilişinin "XOŞ SÜRPRİZLƏR" mövzusuna həsr edilmiş buraxılışında qonaq olan şoumen Dr. Vüqar Cabbarlı tədbirdə başına gələn maraqlı hadisəni danışıb:
“Ad günü şənliklərindən birində “Ekzotik şou” göstərirdim. Qonaq uşaqlardan biri bir oyuncağın çubuğu ilə quşlarımı dürtmələyir, tüklərini yolurdu. Zorla uzaqlaşdırırdım. Məclisin sonunda valideynlərdən biri yaxınlaşdı ki, "nömrənizi verə bilərsiniz, biz də uşağımızın ad günündə sizi dəvət edək". Mən də dedim ki, üzr istəyirəm, əgər gəlib görsəm ki, həmin bu uşaq o məclisdədir, çıxıb gedəcəm...”
Verilişin digər qonaqları, müğənni Vaqif Şıxəliyev, tanınmış fotoqraf Kəmalə Hüseynli və şənliklərin və sürprizlərin təşkili şirkəti olan “PAY production”un nümayəndəsi Nuranə Xəlilova olub. Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.
Qeyd edək ki, verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub