Şeir yazmaq həvəsi Əməkdar artist Elza Seyidcahan yenə cuşa gətirib.
Müğənni instaqramda əksər oxucular tərəfindən birmənalı qarşılanmayan yeni şeirlərindən birini paylaşıb. Tez-tez izləyicilərini təəccübləndirən Əməkdar artist bu dəfə daha çox əyləncəli və erotik mövzuda yazıb. Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı şeiri təqdim edirik:
Yorğun olanda mənimlə məzələn
soy əynini, soy ruhunu təzələn.
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn,
gəldiyin yollara güllər səpərəm.
Saçlarınla dəniz kimi ləpələn
de ki, mənə
başdan ayağa səninçün qəzələm.
Yaralanaram.
De ki, de ki, nərə çəkərəm
ay çəkərəm, ox çəkərəm,
off çəkərəm, uff çəkərəm
məzələnməsəm, təzələnmərəm
Yer olmasa, vaxt olmasa,
heç olmasa
yorğun könlün xoş olmasa,
demə mənə
mən sevgimi kəsərəm.
Bil ki, canım, mən ölərəm
itərəm.
Sevgi yoxsa, arxayın ol,
gəl mənimlə məzəli-məzəli,
Məsələn,
təzələn.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub