Toppuş bacı kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın aparıcılıq etdiyi "Yerimdəyəm” verilişində ötən gün maraqlı anlar yaşanıb.
Verilişin ortasında aktrisanın ürəyi gedib və o, yerə yıxılıb. Həmin video sürətlə sosial şəbəkələrdə yayılıb. Çox sayda insan Toppuş bacının səhhətində problem yarandığını düşünüb.
Mynews.az xəbər verir ki, yayılmış görüntülər haqda lent.az-a açıqlama verən Tünzalə Əliyeva bunun bir qurama olduğunu etiraf edib:
"Etiraf edim ki, bu videonun belə sürətlə yayılacağını bilmirdim. Sadəcə olaraq bir oyun oynamaq, səhnəcik qurmaq istədim. Tamaşaçılarıma göstərmək istəyirdim ki, mən necə aktrisayam. Mənə çox sayda zənglər gəldi. İnsanlar narahat olublar. Hər kəsə demək istəyirəm ki, yaxşıyam, mənə heç nə olmayıb. Narahatlığa görə isə üzr istəyirəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub