“Elə bu "gözəllik"lər sizə yaraşar! Onlar da canlıdı, ay insanlıqdan kənar olan şəxslər! Necə qıyaraq bunları edə bilirsiz? Hərdən düşünürəm ki, bəlkə 5-10 ildən sonra düzələrlər, amma siz heç vaxt düzəlməyəcəksiz”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri instaqramda gənc müğənni Səmra Rərhimli yazıb.İfaçı təbiəti qorumayan və küçədə qeyri-etik hərəkət edən gəncləri sərt şəkildə qınayıb:
“Siz elə özünüz kimiləri tərbiyə edib böyüdəcəksiz. Bayaq da, Heydər Əliyev Mərkəzində müzeyə giriş qapısının qarşısında iki gənc əlindəgünəbaxan tumu çıtlayırdı. Qabıqlarını da yerə tökərək gəzirdi. Sizə yaraşmır bu cür gözəlliklər. Heyif, çox heyif. Gərək bu hərəkəti edən şəxslər cərimələnsin. Siz yaxşılıqla başa düşmürsüz.
Yaxşı ki, yolu səhv keçənləri cərmiələyirlər. Heç olmasa yol keçməyi tam öyrənməsələr də, cərimə haqqına görə məsuliyyət hiss edirlər, pullarına heyifləri gəlir. Amma bu pisliyi edən heyvanları, bitkiləri incidəndə heç veclərinə də olmur”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub