“Toy olan gündən mən dəyişdim. Başqa bir həyata başladım. Bu həyatı sevməyə başladım. Artıq subaylığı yaşamışdım. Əylənmişdim, gəzmişdim, doymuşdum. Evə tərəf qaçdım”.
Mynews.az xəbər verir ki, bu sözləri Elçin Cəfərov “Şou məkan” verilişinə açıqlamasında bildirib.
Müğənni deyib ki, həyat yoldaşına evlilik ildönümündə hədiyyə almayıb:
“Şükürlər olsun ki, ailəm hər şeyi normal, mənim istədiyim kimi qəbul etdi. O, mənim sənətimdə, geyimimdə, müsahibəmdə belə mənə dəstək oldu. Hamı elə bilir ki, evlilik ildönümündə ona hədiyyə etmişəm. Ancaq mən hədiyyəni çatdıra bilmədim. İldönümümüzdə gözəl bir dostumuzun toyundaydıq. Ona görə başımız çox qarışıq oldu.
Dostumuz toyunu həmin günə salanda dedik ki, bizim bir də həmin gün ildönümümüzdür. Dedi ki, orda qeyd edərsiz, ancaq ödənişlidir. Söhbət hədiyyədən getmir. Söhbət səmimiyyətdən gedir. Gördü ki, başım çox qarışıqdır. Hədiyyə ala bilməmişəm. Sadəcə əlini sıxmağım ona hər şeyi göstərdi”.
Yaxın günlərdə ata olacağını vurğulayan Elçin hislərini belə bölüşüb:
“Şükürlər olsun ki, övladımız dünyaya gəlmək ərəfəsindədir. Tamam başqa hisslər yaşayıram. Əvvəl birtəhər gəlirdi ki, görəsən, nə baş verir? Əvvəl adi gəlirdi, ancaq zaman keçdikcə yerişim belə dəyişdi”.
Qeyd edək ki, Elçin və Aydan cütlüyü ötən ilin aprelində ailə qurub. Aydan keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızıdır.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub