“Biz musiqi tarixində böyuk uğur qazanmış müğənnini Bakıda baş tutan ikinci “Formula 1” yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Kerri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir”.
Mynews.az-ın verdiyi məlumata görə, bu sözləri dünya şöhrətli müğənni Meraya Kerrinin “Formula 1” Azərbaycan Qran Prisində baş tutacaq konserti ilə bağlı danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov söyləyib.
Qeyd edək ki, bu il Bakıda keçiriləcək növbəti “Formula 1” yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Musiqi dünyasının əfsanəvi ulduzu M.Kerri iyunun 25-də yarış başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub