"Vaxtım olanda ev işlərini özüm görürəm, olmayanda isə qalıram baxa-baxa. Evimdə heç vaxt xadimə olmayıb, ya bacım olub, ya da qaynımın yoldaşı mənə ev işlərində köməklik edib", - bu sözləri Elnarə Abdullayeva Milli.Az-a evdarlıqından danışarkən bildirib.
"Müəyyən adamlar var ki, köməkçi ilə fəxr edirlər. Amma bu xasiyyət məndə yoxdur. Mən həmin qohumlarıma özümdən də yüksəkdə baxıb, hörmət edirəm. Onlar qulluqçu deyil, sadəcə mənə yardım edirlər. Ümumiyyətlə mən oturaq həyatı xoşlamıram. İstirahətim də işlə bağlıdır. Bizim qapıda balaca bir bağça var. Sənətdən yorulanda, oxumaqdan yorulanda gedib orada iş görürəm. Bir də görürəm ki, qohum-qonşu yığışıb başıma ki, sizə kömək edək. Deyirəm ki, dəyməyin mənə, mənlə işiniz olmasın. Bir də görürsən ki, qapıda soğan, keşniş və s. əkirəm. Mən bu işləri görəndə çox dincəlirəm", - deyə xanəndə bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub