"Sports Illustrated" modeli olaraq tanınan 31 yaşlı Krissi Teyqen dünən bir görüşdə olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni Con Leqendlə ailəli olan Krissi etirafları ilə hər kəsin diqqətini çəkib. O, alnını, burnunu, dişlərini və dodaqlarını göstərərək "Hamısı saxtadır, təbii olan tək şey yanaqlarımdır" deyib.
Teyqen 9 il əvvəl qoltuqaltı yağlarını da aldırdığını deyib:
"Bu, mənim etdirdiyim ən çılğın və axmaq estetik müdaxilə idi. Amma aldırdığım yağlar geri gəldi. Çünki müəyyən zaman sonra əməliyyat təkrarlanmalıdır".
O, bu əməliyyatdan sonra özünü geyindiyi libasların içində daha raht hiss etdiyini əlavə edib:
"Özümə inamım artdı. Buna görə də peşman deyiləm".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub