Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, konsert gözlənildiyindən də sönük və baxımsız olub.
Belə ki, günlərdir mediaya konsertlə bağlı xəbərlər göndərən, işıqlandırılmasını, müğənnilərdən paylaşılmasını istəyən təşkilatçılar çəkilişə icazə verməyib, jurnalistləri zaldan çıxarıblar. Bundan başqa Fərdanın sənət dostları da onu tək qoyublar, konsertdə çox az adam iştirak edib.
Fərdanın konsertinə içkili halda gəlməsi isə hər kəsi təəcübləndirib. Aktyor o qədər içkili olub ki, jurnalistlərin suallarını cavablandırarkən özünə hakim ola bilməyib və söyüş söyüb: "Bu "Selfinaz"da 18+ səhnələr var mı?" sualına aktyor belə cavab verib:
"Afişada 16+ yazılıb, yəqin elə olacaq. 18+ isə "Sənin ağzını ...” (söyüş söyür red.) deməkdir. 18+ bu deməkdir. Mən bacardıqca onu gizlədirəm. Səhnədə də indiyə kimi gəyirməmişəm”
Fərdanın bu sözləri birmənalı qarşılanmayıb. Daha sonra geri addım atıb və bu sözləri dostyana dediyini deyib.
Jurnalistlər isə tərbiyəsini nümayiş etdirərək içkili halda olan aktyora onun səviyyəsinə uyğun cavab verməyib və digər suala keçiblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub