“WikiLeaks” saytı Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızmasında doqquz dəfə Rusiya şirkətinin əməkdaşının adının hallandığını bəyan edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLeaks”-in “Tvitter”-dəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.
“Sızan “xls_cendric.rar” arxivi üzrə məlumat bazasında Rusiya hökumətinin podratçı “Evrika” şirkətinin əməkdaşının adı 9 dəfə hallanır”, - deyə açıqlamada qeyd olunur. “WikiLeaks” müxtəlif tarixlərin qeyd olunduğu cədvəlin görüntüsünü də dərc edib. Həmin cədvəldə Roşka Georgi Petroviç adı 9 yerdə hallanır.

“WikiLeaks”-in digər məlumatında isə yuxarıda qeyd olunan “Evrika” şirkətinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli olduğu qeyd olunub.
Bundan əvvəl “WikiLeaks” Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızması barədə məlumat yayıb.
Qeyd edək ki, Makronun komandası bir neçə gün əvvəl qərargahın elektron poçtunun haker hücumuna məruz qaldığını bəyan etmişdi. Nəticədə seçki qərargahına məxsus konfidensial informasiyaların sızması baş vermişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub