"ATV-nin "İdeya Qazandı" verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan görüntüyə daha birisi əlavə edilib.
Verilişin bir neçə il bundan öncə yayılan buraxılışı yenidən sosial şəbəkələrdə yayımlanıb. Buna səbəb, verilişdə münsiflər tərəfindən daha bir gəncin layihəsinin gülüş hədəfinə çevrilməsidir.
Layihəsini təqdim etməkdə çətinlik çəkən gəncə investorlardan biri ironiya ilə "mən qorxuram ki, bu layihə ayaqqabı bazarında monopollaşmağa gətirib çıxardacaq" deyib pul ayırmayacağını bildirib. Ona daha ciddi hazırlanması üçün tövsiyyələr verilib. İradaları qəbul edən gənc studiyadan ayrıldıqdan sonra münsiflər onun haqqında danışıb gülməyə başlayıblar.
Sözügedən görüntülər növbəti dəfə ciddi etirazlara səbəb olub.
Xatırladaq ki, bi müddət öncə də analoji hal yaşanmışdı. Verilişdə kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası yenə onların gülüşünə səbəb olmuşdu. Bu kadrlar ölkə gündəmində əsas müzakiə mövzusuna çevrilmiş və etirazlara səbəb olmuşdu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub