Mayın 20-də Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda gitara ifaçısı Rəhman Məmmədlinin “Etno-Simfo” orkestri ilə birgə “55-ci baharım” adlı solo konserti baş tutacaq. Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, konsertin təşkilatçısı və bədii rəhbəri Rəhman Məmmədlinin oğlu bəstəkar Tural Məmmədlidir. İlk dəfə olaraq elektro gitara aləti simli alətlərin, eləcə də Azərbaycan xalq çalğı alətlərinin müşaiyəti ilə təqdim olunacaq. Konsertdə Azərbaycan xalq, bəstəkar mahnıları yeni işləmədə təqdim ediləcək.
Xatırladaq ki, gitara ifaçısı R.Məmmədli 24 iyun-08 iyul tarixləri arası Amerika Birləşmiş Ştatlarının New York, Texas və Hyuston ştatlarında 3 konsert proqramı ilə çıxış edəcək. Bakıda baş tutacaq konsertdə ifa olunacaq bütün musiqilər bəstəkar Tural Məmmədli tərəfindən aranjeman olunub və yeni formatda səslənəcək. Eləcə də İrandan məşhur rəssam-xanəndə Vədud Moazzen, xanəndə Rafael Məmmədov və Rövşən Əziz konsertdə öz ifalarını təqdim edəcəklər. Biletləri şəhərin kassaları və ASAN XİDMƏT mərkəzlərindən əldə etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub