Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah “Skeletons” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.
Mynews.az-ın APA-ya istinadla məlumatına görə, birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.
Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə saat 23:25-də gözlənilir.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
Qeyd edək ki, “Eurovision - 2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub